BAYRAQDAR MEDİA – Mayın 4-də Heydər Əliyev Mərkəzinin Auditorium zalının səhnəsində “Caz Günü” olacaq.
Bu haqda sözügedən Mərkəzin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “əvvəlcə trio – tanınmış pianoçu və bəstəkar, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, bas gitarada Ruslan Hüseynov və zərb alətində Elvin Bəşirov səhnəyə çıxacaq. Konsertin davamında trionun müşayiəti ilə Xalq artistləri Ənvər Sadıqov, Tünzalə Ağayeva, Əməkdar artistlər Ceyla Seyidova, Sevda Ələkbərzadə, həmçinin Elnur Mikayılovun ifasında caz kompozisiyaları təqdim olunacaq”.
Qeyd edək ki, tədbir saat 20:00-da başlayacaq.