Son yeniləmə: 10 Aprel 2023 14:10
BAYRAQDAR MEDİA – 2023-cü ilin 1-ci rübü ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1071 zəng qəbul edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 10-da nazirlikdən məlumat verilib.
Bildirilib ki, bunlardan 969-nu elektrik və istilik enerjisi, təbii qaz təchizatı,45-ni təşəkkür, 57-ni isə digər məsələlərlə bağlı müraciətlər təşkil edib: “İl ərzində daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb. Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə Energetika Nazirliyinin “974” “Çağrı Mərkəzi” və (012) 598-16-55 “Qaynar Xətt”i fəaliyyət göstərir”.
Məlumatda deyilir ki, ÇağrıMərkəzi”ninxidmətlərindən istifadə etmək üçün vətəndaşlar Bakı şəhəri üzrə “974”, bölgələrdən və ölkəmizdə mövcud olan bütün mobil operatorlardan “012 974” nömrəsini yığmaqla zəng edə bilərlər.Çağrı Mərkəzi qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş günlərində saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.