Press "Enter" to skip to content

YARAT-da “Laylar” əsəri

Laylar

BAYRAQDAR MEDİA – YARAT Müasir İncəsənət Məkanı Kommünike layihəsində bu dəfə bələdçi Alina Yusupovanın təqdimatında türk perforsmansçı, rəssam Nezaket Ekicinin “Laylar” əsəri haqqında məlumat təqdim edib.

Bu haqda YARAT-ın yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “Almaniyada yaşayan N.Ekici Azərbaycana etdiyi tədqiqat səfəri zamanı Daş dövrünə aid qayaüstü təsvirləri ilə tanınan və UNESCO-nun “Dünya Mədəni İrsi” siyahısına salınmış Qobustan Milli Parkını özü üçün kəşf edir. Bu zaman rəssam bir çox qayaüstü təsvirlərdə insan konturlarının göründüyünü müşahidə edir. Təsvirlərin əksəriyyəti əsrlər boyu dəfələrlə üst-üstə çəkilib və bu səbəbdən də çoxlu cizgi layları yaranıb. Bu cizgilər vasitəsilə tarixi, neçə-neçə nəsillərin qoyduğu izləri və təsvir üsullarını “oxumaq” mümkündür. Burada bəşəriyyətin tarixi daşlara həkk olunub. Bu prosesdə o görür ki, bir çox qayaüstü rəsmlərdə insanların konturlarını görmək olar”.

Rəssam “Laylar” performansını yaratmaq üçün Qobustandakı qayaüstü rəsmlərdən ilhamlanıb və o, əsərlərində təbiətdən elementlər götürərək onları YARAT sərgi məkanına gətirib.

Mission News Theme by Compete Themes.