Son yeniləmə: 7 Aprel 2023 12:56
BAYRAQDAR MEDİA – Türkiyə Cümhurbaşqanının baş danışmanı Yalçın Topçu, Kumuk Türkləri Sultan-Mut Tarkulu İstedadlı Gənclərə Dəstək Vəqfi başqanı Nadirsoltan Abdurahmanov, məşhur noqay sənətçi Arslanbek Sultanbekov və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
Kırım Haber Ajansının məlumatına görə, Y.Topçu, Kumuk türklərinin tarixdəki yerinə toxunaraq, “Kumuk türkləri Dağıstan və Quzey Qafqazın qədim türk xalqlarından biridir. Kumuk qardaşlarımıza, fondumuzun prezidenti Nadirsoltan Abdurahmanova, fondun üzvlərinə, bütün bacı və qardaşlarımıza əsrin fəlakətini yaşadığımız bu günlərdə bizim dərdimizə şərik olduqlarına və xoş ziyarətlərinə görə dərin təşəkkürümü bildirirəm” deyib.
Fondun sədri N.Abdurahmanov nümayəndə heyəti adından Y.Topçuya təşəkkürünü bildirib: “Quzey Qafqazda yaşayan bütün türk soylu xalqları kimi kumuklar da Türkiyədə baş verən bu misli görünməmiş fəlakətin acısını ürəklərində hiss etdilər. Sultan Mut Vəqfinin rəhbərliyi və koordinasiyası ilə imamlar xütbələrində bu məsələni ictimaiyyətə çatdırıblar. Dağıstan, Çeçenistan və Osetiyada yaşayan bütün kumuk türkləri Türkiyəyə ən yaxşı dəstəyi göndərdilər. Allah bir daha Türkiyə dövlətinə və millətinə belə fəlakətlər göstərməsin” deyib.
Y.Topçu görüşün sonunda Kumuk Türkləri Sultan-Mut Tarkulu İstedadlı Gənclərə Dəstək Vəqfinin prezidentinə üzərində Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın imzası olan qələm hədiyyə edib.