BAYRAQDAR MEDİA – Mayın 5-də Heydər Əliyev Sarayında “Suvar” ləzgi xalq mahnı və rəqs ansamblının Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Xalqlar dostluğu” adlı konserti olacaq.
Bu haqda sözügedən sarayın yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “Saat 19:00-da başlayacaq konsertdə ləzgi xalq mahnıları ilə yanaşı, bəstəkar mahnıları, bir-birindən gözəl və maraqlı rəqslər, tanınmış ulduzların çıxışları və yeni duetlər təqdim olunacaq”.