Press "Enter" to skip to content

MEK-ə “Siyasi-iqtisadi reallıqlar” adlı kitab daxil olub

Siyasi-iqtisadi reallıqlar

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasına AMEA Rəyasət Heyəti aparatı vitse-prezidentin xidmətində elmi katib Coşqun Məmmədovun “Siyasi-iqtisadi reallıqlar” adlı kitabı daxil olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya aprelin 7-də MEK-dən daxil olub.

Xəbərdə deyilir ki, “kitabda müstəqil Azərbaycan dövlətinin təcrübəsi işığında ölkədə baş verən siyasi-iqtisadi və ictimai prosesləri əks etdirən müasir baxışlar və analitik təhlillər əsasında yazılmış məqalələr təqdim olunur. Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbova, nəşriyyat redaktoru Maral Poladova, texniki redaktoru Rəşid Kərimli, korrektoru isə Zərin Vəliyevadır”.

188 səhifədən ibarət olan kitab “Elm və təhsil” nəşriyyatında çap edilib.

Qeyd edək ki, nəşr müasir cəmiyyətin aktual məsələləri ilə məşğul olan mütəxəssislər, elmi işçilər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.