Press "Enter" to skip to content

Məktəblərdə hərbi dərslər nəzəri xarakter daşıyacaq

Son yeniləmə: 7 Aprel 2023 13:15

BAYRAQDAR MEDIA – Bolqarıstan Müdafiə Nazirliyi bəyan edib ki, orta məktəblərdə hərbi təhsil sırf nəzəri xarakter daşıyacaq.

Bu barədə Radio Balkan məlumat yayıb.

Bildirilib ki, martın 31-də sözügedən hərbi hazırlıqla bağlı ictimai müzakirələrin tarixi başa çatıb və bu barədə nazirlik açıqlama verib. Açıqlamada “Hərbi Təhsil Əsasnaməsində yazılıb ki, 10 və 11-ci sinif şagirdləri tədris ilində 5 saat hərbi hazırlıq keçəcəklər. Bu dərs zamanı şagirdlərə Vətəni qorumaq üçün nəzəri biliklər, silahlı qüvvələrin missiya və vəzifələri, təbii fəlakətlər, böhranlar və bədbəxt hadisələr zamanı reaksiya və sağ qalma tədbirləri kimi mövzular öyrədiləcək” deyə qeyd edilib.

O da vurğulanıb ki, xüsusi hazırlıq keçmiş hərbi qulluqçular və ya mülki şəxslər məktəblərdə hərbi hazırlıq kursları keçəcəklər.

Mission News Theme by Compete Themes.