Press "Enter" to skip to content

KKTC-nin Bakıda turizm informasiya ofisi açıla bilər

Serhan Aktunç (sağda) və Nadir Azəri

Son yeniləmə: 7 Aprel 2023 14:58

Serhan Aktunç: Turizmin təbliği üçün digər planlarımız da var

BAYRAQDAR MEDİA – “Təbii ki, istənilən ölkə turizm imkanlarını xaricdə təqdim etmək üçün müxtəlif addımlar atır. Biz də, KKTC-nin turizm imkanlarını Azərbaycanda daha geniş şəkildə təqdim etmək üçün bir sıra işləri görməyi planlaşdırırıq”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Baş Nazir Müavinliyi, Turizm, Mədəniyyət, Gənclər və Ətraf Mühit Nazirliyinin müşaviri Serhan Aktunç deyib.

Onun sözlərinə görə, infoturlar, mədəniyyət tədbirləri, qarşılqılı mədəni proqramlar və s. bu sıraya aiddir: “Xüsusilə də media təmsilçilərinin, köşə yazarlarının imkanlarından yararlanmaq niyyətindəyik. Hesab edirik ki, Azərbaycanın aparıcı media təmsilçilərindən, köşə yazarlarından ibarət heyətin KKTC-yə səfərini təşkil etsək, bu, müsbət effect verə bilər. Onların gözü ilə KKTC-nin turizm imkanlarının görülməsi və bunun onların təqdimatında Azərbaycan insanına çardırılması gözəl və daha asan qəbul edilən bir təqdimat olacaq. Media təmsilçiləri bizim turizm elçilərimiz olacaq”.

Qeyd edilib ki, Bakıda və Azərbaycanın digər şəhərlərində küçələrdəki lövhələrdə təqdim ediləcək reklam lövhələrinin, o cümlədən reklam roliklərinin hazırlanması da gündəmdədir: “Həmçinin, hesab edirəm ki, biz gələcəkdə KKTC-nin Bakıda bir turizm informasiya ofisini də aça bilərik. Bundan başqa Azərbaycanda keçirilən mədəni tədbirlərdə, festivallarda da KKTC olaraq müntəzəm şəkildə iştirak edib, öz imkanlarımızı daha geniş auditoriyaya çatdırmağı düşünürük. Bir sözlə, hədəfimiz bundan sonra hansısa ildə bir dəfə keçirilən sərgilərdə iştirakla kifayətlənməmək, daimi, işlək bir mexanizm yaratmaqdır”.

Mission News Theme by Compete Themes.