Press "Enter" to skip to content

Kandilin istəyi nəzərə alındı

"Millet İttifakı"

Son yeniləmə: 7 Aprel 2023 09:56

BAYRAQDAR MEDİA – Türkiyiədə 14 may seçkiləri ərəfəsində müxalif “Millet İttifakı”nda maraqlı porseslər yaşanır. Cumhurbaşqanlığa namizəd məsələsində güc-bəla ilə yola gələn “Millet İttifakı” bu dəfə də millət vəkilliyinə namizədlər məsələsində xeyli çək-çevir edib.

Türkgün Gazetesinin məlumatına görə, sonda da Kandildən, PKK-nın mərkzəindən gələn bir təlimat bu məsələnin də həll edib.

Məlumata görə, Kandilin çağırışından sonra 7 partiyalı koalisiyadakı kiçik ortaqlar CHP siyahısından seçkiyə girəcək: “Terror təşkilatı PKK-nın liderlərindən olan Mustafa Karasu son videosunda 7 partiyalı koalisiyaya ortaq siyahı ilə seçkilərə girməyi tapşırıb. Terrorçu M.Karasu, “Bu seçkidə ən məhsuldar nəticəni almaları lazımdır. Birgə siyahı daha çox qazandıracaq” deyib. Bu çağırışdan sonra ortaq siyahı qərarı verilib. Seadət Partiyası, DEVA Partiyası, Demokrat Partiyası və Gələcək Partiyasının CHP siyahısından seçkiyə girəcəyi açıqlanıb”.

Seçki zamanı bu siyahı üzrə ayrı-ayrı partiyalırn səs nisbətləri nəzərə alınmayacaq, partiyaların loqoları bülletendə olmayacaq və seçicilərdən CHP-yə səs vermələri istəniləcək.

Digər tərəfdən, Kemal Kılıçdaroğlunun təkidinə baxmayaraq, İYİ Parti (İP) ortaq siyahıya düşməkdən imtina edib. CHP və İP səs toplamaq potensiallarının aşağı olduğu, millət vəkili sayı 5-dən az olan Çorum, Van, Adıyaman və Aksaray kimi 10 vilayətdə ortaq siyahı hazırlamağa qərar verib. Seçkilərdə 10 vilayətdən 7-də CHP, 3-də isə İP-nin siyahısı ilə iştirak ediləcək.

Mission News Theme by Compete Themes.