Press "Enter" to skip to content

İlham Əliyevdən daha bir usta gediş – VİDEO

İlham Əliyev və Emomali Rahmon

BAYRAQDAR MEDİA – Fars-molla rejiminin orta əsr təfəkkürüylə idarə etdiyi İranın Azərbaycan Respublikasının üzərinə gəlməsi fonunda Prezident İlham Əliyevin Tacikistana səfəri bəlkə də çoxları üçün sıradan bir rəsmi səfər kimi görünə bilər. Amma bizə görə bu səfər adi bir gediş deyil. Bunun arxasında çox dərin bir məna yatır.

Bəllidir ki, taciklər də fars əsillidir. Yəni necə ki, biz azərbaycanlılar qardaş Türkiyə xalqı ilə yaxın-doğmayıq, belə baxanda Tacikistanın da İranla eyni dərəcədə doğma olması düşünülməlidir. Amma İran Tacikistanı nə qədər özünə yaxın görmək istəsə də onlar bizimlə Türkiyə qədər doğmalaşa bilmirlər.

Bu da səbəbsiz deyil. Çünki Tacikistan İrandan fərqli olaraq dünyəvi dövlətdir. İransa hamını, o cümlədən də Tacikistanı özü kimi məzhəbçi dövlət görmək istəyir. Bunun isə alınması mümkün deyil. Ona görə ki, Tacikistan dünyəvi dövlətdir, bu ölkənin Prezidenti Emomali Rahmon elə bir sistem qurub ki, burada dinin dövlət üzərində üstünlüyü mümkün deyil.

Eyni zamanda Tacikistan öz adət-ənənəsinə çox bağlı bir ölkədir. Yəni buranın insanları da İranı idarə edənlərdən fərqli olaraq şəriət deyil, dünyəvi qanunların üstünlüyünə könül verib. Belə bir şəraitdə İranla Tacikistanın münasibətləri Azərbaycanla Türkiyənin münasibətləri səviyyəsinə heç cür yüksələ bilmir. Lakin o da unudulmamalıdır ki, taciklər fars əsillidir və bu faktor onların yaxınlığı üçün yetərli sayıla bilər.

Belə bir durumda Azərbaycan Prezidentinin Tacikistan səfəri, əslində İrana tərs şapalaq kimi qəbul edilə bilər. Yəni İranın özünə ən yaxın və doğma bildiyi taciklər belə həm Azərbaycana, həm də onun rəhbərinə üstün sayğı göstərməklə mümkün qarşıdurmada fars-molla rejimi ilə bir sırada olmayacaqlarını nümayiş etdirir. Halbuki Azərbaycanla Türkiyənin ortaqlığında bir-birinə istənilən şəraitdə dəstək verməmək müzakirə mövzusu belə deyil.

İranın Tacikistanla bu qədər kövrək “qardaşlığı” bir tərəfdən də üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından illərlə kömək gözləsə də daim tərs şapalaq yeyən Ermənistanın durumuna bənzəyir. Ermənistan eyni qurumda təmsil olunduğu, özünə yaxın bildiyi dövlətlərdən dəstək gözləyir. Amma onların demək olar ki, hamısı Azərbaycana işləyir. Halbuki Azərbaycan KTMT-nin üzvü deyil.

Tacikistan məsələsində də belə baxanda İranın ümid yeri sayılan bu ölkə fars-molla rejimindənsə dünyəvi Azərbaycan dövləti ilə münasibətlərin daha da irəli getməsində maraqlıdır. O baxımdan İlham Əliyevin səfəri həm də bu münasibətləri daha üst səviyyəyə çıxarmaq və tacikləri İranın fars-molla rejiminin təsir orbitindən uzaqlaşdırmağa hesablanmış usta gedişidir.

Biz indi növbəti mərhələdə Azərbaycan-Tacikistan münasibətlərinin daha da genişlənəcəyini gözləyə bilərik. Çox yaxında Tacikistan Prezidentinin geniş heyətlə Azərbaycana gələcəyi də şübhəsizdir. Bu səfər isə xalqlar həbsxanası olan İrana əlavə bir şapalaq olacaq.

İlham Əliyev zəkası budur yəni.

Mission News Theme by Compete Themes.