BAYRAQDAR MEDİA – Aprelin 7-də qonşu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana işgüzar səfərə gəlib. Səfər çərçivəsində Prezident İlham Əliyevin ali qonaqla Qəbələ şəhərində təkbətək görüşü olub.
Bu haqda xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Görüşdən sonra İ.Əliyev və İ.Qaribaşvili mətbuat üçün açıqlamalarla çıxış ediblər.
Daha sonra Prezident və Baş nazir Qəbələ şəhəri ilə tanışlıq gəzintisinə çıxıb.
Bunun ardından da onlar Qəbələ ASAN xidmət mərkəzində olublar.
Ali qonağın növbəti tanış olduğu məntəqə isə Qəbələ Qida Şəhərciyi olub.