Press "Enter" to skip to content

BAYRAQDAR MEDİA-nın dostu rəsmən MHP-nin namizədi oldu

Dos. Dr. Esma Özdaşlı

Son yeniləmə: 7 Aprel 2023 14:57

Dos. Dr. Esma Özdaşlı: Xalqım mənə etimad göstərsə TBMM-də həm Türkiyənin, həm də Azərbaycanın səsi olacağam

BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, mayın 14-də qardaş Türkiyədə Cümhurbaşqanlığı və parlament seçkiləri keçiriləcək. Artıq seçkilərlə bağlı mühüm bir mərhələ başa çatmaq üzrədir.

Söhbət partiyaların millət vəkilliyinə aday adayaları arasından son seçimi edib, rəsmi namizədləri müəyyənləşdirməsindən gedir. Məlumat üçün bildirək ki, qardaş ölkədə hər hansı partiyadan namizəd olmaq üçün də namizədlik (aday adaylığı) irəli sürülür. Müəyyən prosesdən sonra namizədlikləri təsdiqlənənlər partiyanın millət vəkilliyinə namizədi kimi Yüksek Seçim Kuruluna müvafiq sənədlərlə müraciət edirlər.

Bundan öncə məlumat verdiyimiz kimi, MHP-dən aday adaylığını irəli sürənlər arasında Azərbaycanın, o cümlədən BAYRAQDAR MEDİA-nın yaxın dostu, Burdur Mehmet Akif Ersoy Universitetinin müəllimi Dos. Dr. Esma Özdaşlı da vardı. O, MHP-nin Burdurdan millət vəkilliyinə namizədi olmaq üçün ilkin mübarizəyə qoşulmuşdu.

Qeyd edək ki, proses sonda Esma xanım üçün uğurla nəticələnib. Artıq MHP bu istiqamətdə işləri yekunlaşdırıb. 81 vilayətdə öz loqosu və siyahısı ilə seçkilərə girməyə qərar verən MHP, deputatlığa namizəd siyahısını aprelin 7-də Yüksək Seçki Qurumuna (YSK) təqdim edəcək. Onların arasında isə Dos. Dr. Esma Özdaşlı da var.

Vurğuladığımız kimi Burdurdan millət vəkili seçilmək üçün mübarizə aparacaq Esma xanım həm də bir Azərbaycan sevdalısıdır. Qərardan dərhal sonra BAYARQDAR MEDİA-ya özəl açıqlama verən Dr. Esma Özdaşlı “Əvvəla mənə göstərilən etimada görə MHP rəhbərliyinə və partiyanın hər bir üzvünə minnətdarlıq edirəm. Eyni zamanda bildirmək istəyirəm ki, xalqım mənə etimad göstərsə, TBMM-də həm Türkiyənin, həm də Azərbaycanın səsi olacağam” dedi.

Mission News Theme by Compete Themes.