Son yeniləmə: 7 Aprel 2023 12:59
Emin Həsənli: Buna görə də bir neçə ölkənin, o cümlədən Tacikistanın gəncləri Azərbaycanın hərbi məktəblərində təhsil alır
BAYRAQDAR MEDİA – “Prezident İlham Əliyevin Tacikistana səfəri həm Azərbaycanda, həm də ölkə xaricində maraqla izləndi. Ümumiyyətlə, cənab Prezidentin xarici ölkələrə səfərləri, beynəlxalq tədbirlərdə iştirakı Azərbaycanın əlaqələrinin daha da genişlənməsinə və beynəlxalq nüfuzunun daha da artmasına töhfələr verir. Ona görə də Azərbaycanın xarici siyasətində bu səfərlərin hər birinin mühüm rolu var”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
Qeyd edilib ki, Azərbaycanla Tacikistan arasında müxtəlif sahələrdə əlaqələrin genişlənməsi çox önəmlidir: “Tacikistan həm Orta Asiyanın türk dövlətləri ilə qonşudur, həm İslam dininin daşıyıcı olan ölkədir. Belə bir ölkə ilə də münasibətərin yüksək səviyyədə olması Azərbaycanın dövlət maraqlarına uygundur. Ümumiyyətlə, Azərbaycan dövləti hər zaman çalışır ki, ikitərəfli əməkdaşlıqlar yüksək səviyyədə olsun. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət cənab Prezident tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və ölkəmizin beynəlxalq aləmdəki nüfuzu çox yüksəkdir”.
E.Həsənli onu da bildirib ki, hazırda Azərbaycanın müxtəlif hərbi məktəblərində Tacikistandan olan 50-yə qədər gənc təhsil alır: “Bunun çox böyük əhəmiyyəti var. Azərbaycan bu gün qüdrətli dövlətdir. Azərbaycanın hərbi təhsil sistemi, ordusu güclüdür. Buna görə də bir neçə ölkənin, o cümlədən də Tacikistanın gəncləri Azərbaycanın hərbi məktəblərində təhsil alır. He, şübhəsiz gələcəkdə bu say daha da artacaqdır”.