BAYRAQDAR MEDİA – Aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin qidadan özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım briqadası tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən 6 şagirdi müvafiq müayinə və müalicə prosedurundan sonra evə buraxılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Xatırladaq ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunmuşdur. Məktəb rəhbərliyi tərəfindən təcili-tibbi yardım çağırılmış, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılmışdır.