Press "Enter" to skip to content

Kitab tanıtma: “İslam – Muğam – Füzuli”

Kitabın üz qabığı

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlər arasında Rəhim Museyibovun “İslam – Muğam – Füzuli (ariflərə-aqillərə xitabən)” kitabı da yer alır.

Müəllif kitabla bağlı bu sözləri deyir: “Əslində mən nə İslam, nə Muğam, nə də Füzuli fəlsəfələrini məxsusi şərh etməyə cəhd etməmişəm. Mən bu mürəkkəb-müqəddəs anlamların marağında daha çox olduğum Quran fəlsəfəsi – Təsəvvüf işığında yozumumu axtarmışam, bu aspektdən onların kəsb etdiyi ideya-məna-məzmun çalarlarını qismən açmaq arzusunda olmuşam. Məqsədim dövrün-zamanın çətin anlaşılan bu anında Milli Məfkurəmizin bilavasitə qaynaqlandığı İslam, Muğam, Füzulidən (ümumidən) keçərək özümüzü (məni) tanımaq-anlamaqdır”.

Sözügedən nəşrdə müəllifin vaxtı ilə elmi-fəlsəfi tədqiqatçısı olduğu “Füzuli yaradıcılığında sufi (təsəvvüf) motivləri və muğam sənəti. Fəlsəfi-estetik təhlil” mövzusu ətrafında yazdığı və görkəmli elm xadimləri tərəfindən rəsmən dəstəklənən elmi və bədii-publisistik məqalələri toplanıb.

Qeyd edək ki, kitabda “İslam kamil dindir”, “Muğamda inqilabmı, yoxsa islahatmı?”, “Muğam həqiqətinə dini-fəlsəfi baxış”, “Muğam və Füzuli”, “Sənətin sehri”, “Füzuli təəssübkeşliyi”, “Qarabağ dərdində Füzuli poeziyası”, “Milli məfkurə və milli teleradio yayım şurası” və s. bu mövzuda başlıqlarda yazılar yer alır.

Mission News Theme by Compete Themes.