Press "Enter" to skip to content

Fars-molla rejiminin daha bir qəbuledilməz addımı

Vüqar İskəndərov

Vüqar İskəndərov: Bu dəfə də deputatlar Azərbaycanı hədəfə alıblar

BAYRAQDAR MEDİA – “Əzəldən bəri Azərbaycana açıq və gizli formada düşmən münasibət bəsləyən İranın fars-molla rejimi bu istiqamətdə daha bir qəbuledilməz addım atıb. Rejimə bağlı ayrı-ayrı şəxslər, hərbçilərdən sonra bu dəfə də deputatlar Azərbaycanı hədəfə alıblar”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açılqmasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, İran parlamentinin 120 deputatı guya Qüdsün müdafiəsinə qalxmaq bəhanəsi ilə Azərbaycana qarşı qəbuledilməz “bəyanat” qəbul edib: “Bu “bəyanat”ı oxuyandan sonra İranın mövcud rejiminin dindən ancaq siyasi təzyiq və öz məqsədlərinə çatmaq üçün vasitə kimi istifadə etdiyinə bir daha əmin olduq”.

V.İskəndərov bildirib ki, bu gün Azərbaycanı hədəfə alan fars-molla rejimi bu yolda özünə dəstək axtarır: “120 deputatın adından qəbul edilən “bəyanat”dan o da məlum olur ki, İran öz anti-Azərbaycan siyasətinə İslam Əməkdaşlıq Təşkilatından da dəstək almaq üçün dəridən-qabıqdan çıxır. Lakin o deputatların nəzərinə çatdırmaq istərdik ki, İran 30 il ərzində İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın işğalçılıq əməlləri ilə bağlı qəbul etdiyi qərarlara biganə yanaşıb. Bəs onda niyə İran rejiminin təmsilçilərinin, xüsusilə də deputatların yadına İslam həmrəyliyi düşmürdü? Niyə İran məscidləri dağıdan Ermənistanı qınamır, əksinə, bu ölkəyə hərtərəfli yardım edirdi və bu gün də edir? Yaxud başqa ölkələrdə qanlı aksiyalar, terror aktları törətmək sifarişini vermək, terrorçu dəstələri himayə etmək İslam dininə uyğundurmu? Bu gün Azərbaycana qara yaxmaq üçün hər cür çirkin addımlara baş vuran İran rejimi yaxı olardı ki, bu suallara cavab versin”.

Mission News Theme by Compete Themes.