Press "Enter" to skip to content

DİM-də təlim keçirilib

Dövlət İmtahan Mərkəzi

BAYRAQDAR MEDİA – 3-5 aprel 2023-cü il tarixlərində Dövlət İmtahan Mərkəzində (DİM) dövlət orqanlarının nümayəndələri üçün “Səriştə əsaslı insan resurslarının idarə edilməsi və xidməti fəaliyyətin qiymətləndirilməsi üzrə təlimçilər üçün təlim” təşkil edilib. Təlim “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsi çərçivəsində keçirlib.

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, təlimdə müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak edib: Təlimdə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Məşğulluq Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, Turizm Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri olmaqla 16 nəfər iştirak edib. Nəzəri və praktiki xarakter daşıyan təlim zamanı layihənin ekspertləri Eduard Zakarçenko və Kristina Jakubaityte-Revutiene tərəfindən təqdimatlar nümayiş olunub və iştirakçılarla insan resursların idarəedilməsinin məqsədi, səriştə əsaslı insan resurslarının idarəedilməsinə dair müzakirələr aparılıb və interaktiv qrup işləri həyata keçirilib”.

Qeyd edilib ki, analoji təlim ötən həftə Dövlət İmtahan Mərkəzinin nümayəndələri üçün keçirilib: “Ümumilikdə hər iki qrup üzrə 5 gündən ibarət olan təlimin qalan 2 gününün may ayında keçirilməsi nəzərdə tutulub. Xatırladaq ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın həyata keçirilməsinə töhfə vermək məqsədi daşıyır”.

Mission News Theme by Compete Themes.