Press "Enter" to skip to content

Daha bir Anlaşma Memorandumu imzalanıb

İmzalanma mərasimi

BAYRAQDAR MEDİA – KOBİA və Tacikistanın Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 6-da KOBİA-dan məlumat verilib.

Bildirilib ki, sənəd hər iki ölkənin sahibkarları arasında ticarət və investisiya əməkdaşlığının təşviqini, KOB-lara xidmət sahəsində təcrübə mübadiləsini və əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif tədbirlərin təşkilini nəzərdə tutur: “Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana dövlət səfəri çərçivəsində aprelin 5-də Düşənbə şəhərində hər iki ölkənin dövlət başçılarının iştirakı ilə bir sıra sənədlər, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Tacikistanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Tacikistanın Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Cəmşid Cumanxonzoda imzalayıblar”.

Qeyd edilib ki, memorandumda hər iki ölkənin sahibkarları, xüsusilə də kiçik və orta biznes subyektləri arasında ticarət və investisiya əməkdaşlığının təşviqi, müxtəlif tədbirlərə dair qarşılıqlı məlumat və KOB-lara xidmət sahəsində təcrübə mübadiləsi, KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə tədbir və sərgilərin təşkili kimi məsələlər nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.