Bu alboma 14 qədim Krım tatar xalq mahnısı daxil edilib
BAYRAQDAR MEDİA – “Eurovision 2016” mahnı müsabiqəsinin qalibi, Krım tatar əsilli ukraynalı sənətçi Camalanın “QIRIM” adlı yeni albomu 14 qədim Krım tatar xalq mahnısından ibarətdir.
Bu barədə Kırım Haber Ajansından məlumat verilib.
Bildirilib ki, Ukrayna Mədəniyyət və İnformasiya Nazirliyindən verilən açıqlamada Camalanın yeni albomu “QIRIM”ın tanıtımının 5 may 2023-cü il tarixində Kiyevdə keçiriləcəyi qeyd olunub.
Ukrayna Milli Operasında keçiriləcək tanıtım proqramında Camalanı Vladimir Sirenkonun dirijorluğu ilə Ukrayna Milli Simfonik Orkestri müşayiət edəcəyi bildirilib.
Albomun 14 köhnə Krım tatar xalq mahnısından ibarət olduğu ifadə edilən açıqlamada, “Sənətçi bütün əsərlərini illər boyu vətəninin müxtəlif yerlərində səliqə ilə toplayıb. Krım əhalisi bu araşdırmanın həmmüəllifi oldu. Albom üzərində işdə 80-dən çox musiqiçi iştirak edib.
Yarımadanın tarixini qorumaq üçün hər şey edilib” deyə bildirilib.
Camalanın “QIRIM” adlı yeni albomunun dünya premyerası mayın 11-də İngiltərənin Liverpul şəhərində keçiriləcək.