Son yeniləmə: 6 Aprel 2023 10:16
BAYRAQDAR MEDİA – Bolqarıstanda aprelin 2-də keçirilən növəbdənkənar parlament seçkilərinin nəticələri bəllidir. Eyni zamanda seçkilərdə birinci yerdə olan Vətəndaşlar Bolqarıstanın Avropa Gələcəyi Uğrunda (GERB) – Birləşmiş Demokratik Qüvvələr (SDS) Alyansı yeni hökumətin qurulması üçün hərəkət keçib. Lakin GERB-in hökuməti qura biləcəyi heç də asan görünmür.
Çünki Dəyişikliyə Davam Et (PP) Partiyası bəyan edib ki, GERB iştirakı olan hökuməti dəstəkləməyəcək. Partiyanın həmsədrləri Kiril Petkov və Asen Vasilev qərarlarını qurumun iclasından sonra mətbuata açıqlayıblar.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Qeyd edilib ki, mümkün GERB hökumətinə dəstək verməmək qərarı Dəyişikliyə Davam Et (PP) -Demokratik Bolqarıstan Alyansı tərəfindən deyil, Dəyişikliyə Davam Et Partiyası tərəfindən tərəfindən verilib.
“Biz seçicilərimizə azad və ədalətli seçkilər də daxil olmaqla, normal Avropa həyatı vəd etmişik” deyə Kiril Petkov bildirib.