Press "Enter" to skip to content

Bolqarıstan bütün limanlarını Rusiya gəmilərinin üzünə bağladı

Bolqarıstan limanları

Son yeniləmə: 6 Aprel 2023 13:51

BAYRAQDAR MEDİABolqarıstan bütün limanlarını bütün Rusiya gəmiləri üçün bağlamaq qərarına gəlib.

Bu barədə Kırım Haber Ajansı məlumat verib.

Məlumatda bildirilib ki, Bolqarıstan hakimiyyəti bu qərara müxtəlif bayraqlarla üzən, lakin mənşəyi rus olan gəmiləri də daxil edib: “Bolqarıstanın qəbul etdiyi və 2023-cü il aprelin 8-də qüvvəyə minəcək qərar Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları ilə bağlıdır. Avropa Bilriyinin 2022-ci ildə elan etdiyi beşinci sanksiya paketi çərçivəsində Rusiya bayraqlı gəmilər Bolqarıstan limanına daxil ola bilməz”.

Bolqarıstan Dəniz Administrasiyası 8 aprel 2022-ci ildə Avropa Birliyinin beşinci sanksiya paketinin bir hissəsi olaraq qərar qəbul etdiyi qərarda yalnız Rusiyadan kritik məhsulların daşınması üçün istisna hallar nəzərdə tutulurdu.

Bolqarıstanın qəbul etdiyi yeni qərara görə, Rusiya Dəniz Gəmiçiliyi Reyestrində qeydiyyatdan keçmiş bütün gəmilər həm dəniz, həm də çay marşrutlarından istifadə edərək Bolqarıstan limanlarına daxil ola bilməyəcək.

Mission News Theme by Compete Themes.