Press "Enter" to skip to content

“Amerikalı kürəkən” yenidən Musiqili Teatrda

Tamaşanın afişası

BAYRAQDAR MEDİA – Aprelin 16-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Amerikalı kürəkən” musiqili komediyası 57-ci dəfə oynanılacaq.

Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevin eyniadlı əsəri əsasında hazırlanan bu tamaşanın quruluşçu-rejissoru Xalq artisti İlham Namiq Kamaldır. Əsər ilk dəfə 29 may 2010-cu ildə səhnəyə qoyulub. Böyük maraqla qarşılanan tamaşanın musiqisi görkəmli bəstəkar Ramiz Mirişlinindir”.

Qeyd edək ki, saat 19:00-da başlayacaq səhnə əsərində rolları Xalq artisti İlham Namiq Kamalla yanaşı Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, İqrar Salamov, Əkbər Əlizadə, aktyorlar Rəsmiyyə Nurməmmədova, Səmədzadə Xasiyev, Gültac Əlili, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Nigar Qarayeva, Mehriban Rəcəbova ifa edəcək.

Mission News Theme by Compete Themes.