Press "Enter" to skip to content

122 illik tarixi olan məscid yandı

Yanan məscid

Son yeniləmə: 6 Aprel 2023 15:50

BAYRAQDAR MEDİA – Afyonkarahisarda 1881-ci ildə inşa edilən və dağılma təhlükəsi səbəbindən 7 ildir ibadət üçün bağlanan məscid yanıb.

Bu məlumatı Eskişehir.net saytı yayıb.

Məlumatda deyilir ki, məscidin yalnız minarəsi salamat qalıb. Yanğının səbəblərinin müəyyənləşdirilməsi üçün başlanan iş davam edir.

Bildirilib ki, hadisə Sultandağı mahalının Derecine qəsəbəsində baş verib: “Alınan məlumata görə, 1881-ci ildə tikilmiş Yukarıköy məscidindən sahur saatlarında tüstü çıxdığını görən bölgə sakinləri vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildirərək kömək istəyiblər.

Xəbər üzərinə bölgəyə çox sayda xilasetmə və jandarma qrupları gəlib. Əraziyə gələn yanğınsöndürənlər alovu söndürüb. Təxminən 2 saatlıq müdaxilədən sonra yanğın söndürülüb”.

Hadisədən sonra tarixi məscid uçuruma çevrilib və məscidin yalnız minarəsi ayaqda qalıb.

Məscidin yerləşdiyi Atatürk Məhəlləsinin muxtarı Yılmaz Aytemir yanğının səhər saat 03.30 radələrində baş verdiyini qeyd edərək, “Məscidimiz 7 ildir ki, ibadət üçün bağlanıb. İlk təsbitlərə görə, 1881-ci ildə tikilmiş məsciddə yanğına elektrik naqilləri səbəb olub” deyib.

Mission News Theme by Compete Themes.