Press "Enter" to skip to content

Yeni layihənin icrasına başlanılıb

Təlim zamanı

Son yeniləmə: 5 Aprel 2023 09:54

BAYRAQDAR MEDİA – “Azərbaycan Uşaqları” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Regionlarda gender əsaslı zorakılıq və məişət zorakılığı əleyhinə mübarizə sahəsində təşəbbüs qruplarının yaradılması” layihəsinə başlayıb. Layihə “Çevik Ekspertlər Qrupu” Koalisiyasının birgə fəaliyyəti əsasında icra olunacaqdır. Layihənin icrasında iştirak edən tərəfdaş təşkilatların adları aşağıdakılardır: “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi, “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi, “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi və “Azərbaycan Uşaqları” İctimai Birliyi.

Bu barədə BAYRAQDAR MEDİA-ya “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, martın 1-dən icrasına başlanılan layihənin ilk ayı hazırlıq mərhələsi olaraq regiionların araşdırılması, eləcə də təlimlərin keçirilməsi üçün uyğun məkan və təlimdə iştirak edəcək rayon ictimaiyyatı nümayəndələrinin seçimi həyata keçirilib: “Aprelin 4-də isə fəaliyyət planına uyğun olaraq Neftçala rayonunda 3 günlük 25 nəfərdən ibarət təlimlərə başlanılıb. Təlim iştirakçıları 3 gün ərzində Azərbaycan Konstitusiyası, Beynəlxalq Konvensiyaların ratifikasiyası, stereotiplər, cinsi mənsubiyyətə görə ayrı seçkiliyə yol verilməməsi, Məişət zorakılığı haqqında Qanun, zorakılıqdan müdafiə üçün mövcud olan alətlər və digər mövzuları öyrənərək, diskussiyalar aparacaq, eləcə də simulyativ oyunların qrup işlərinin aktiv iştirakçısı olacaq. Təlimdə Neftçala rayonun (Həsənabad qəsəbəsi, Bankə qəsəbəsindən ictimai fəallar, müəllim, psixoloq, uşaq birliyi rəhbərləri, bələdiyyə, icra nümayəndəliklərinin əməkdaşları, Salyan rayonu- Babazanlı, Stansiya yaşayış Massivi fəalları ) müəllim, psixoloq, bələdiyyə üzvləri, eləcə də Neftçala rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən komissiyanın psixoloqu iştirak edir”.

Bildirilib ki, təlimdə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə layihənin koordinatoru, Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova layihənin eksperti, “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə təlimçi olaraq iştirak edir.

Mission News Theme by Compete Themes.