“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
BAYRAQDAR MEDİA – “Tərtər rayonunda hər gün səhər yuxudan oyananda topun, tüfəngin səsi ilə oyanmışıq. Uşaqlıqdan arzum idi ki, hərbçi olum”.
Bunu Aprel döyüşlərinin iştirakçısı, Lələtəpə fatehi Ruslan Abbaszadə deyib.
Qeyd edək ki, onun borc öhdəlikləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb, məişət şəraiti yaxşılaşdırılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya ASAN xidmətdən məlumat verilib.
Məlumatda həmçinin, vurulanıb ki, “YAŞAT” Fondu şəhid ailələrinə və qazilərə dəstək istiqamətində tədbirləri davam etdirir.