Press "Enter" to skip to content

Kurti qovdu, Rama vəzifə verdi

Vlora Hysenin

Son yeniləmə: 5 Aprel 2023 14:28

BAYRAQDAR MEDİA – Əvvəllər Kosova Kəşfiyyat İdarəsinin (KİA) direktor müavini vəzifəsində çalışmış Vlora Hysenin Albaniya Dövlət Kəşfiyyat Xidmətinin (SHISH) rəhbəri təyin edilib.

Balkan News xəbər verir ki, V.Hysenin 2021-ci ilin iyununda Kosova Prezidenti Vjosa Osmani və baş nazir Albin Kurti tərəfindən vəzifəsində ciddi pozuntulara yol verməkdə ittiham edilərək vəzifəsindən azad edilib.

Alban kəşfiyyatının yeni rəisi o vaxtdan Albaniyanın baş naziri Edi Ramanın müşaviri vəzifəsində çalışıb.

Təxminən bir ay öncə E.Rama tərəfindən onun Albaniya Dövlət Kəşfiyyat Xidmətinin (SHISH) rəhbəri vəzifəsinə namizədliyi irəli sürülüb. Bu günlərdə isə V.Hysenin Prezident Bayram Beqac tərəfindən SHISH direktoru təyin edilib.

Mission News Theme by Compete Themes.