Press "Enter" to skip to content

Kitab tanıtma: “Qədim türk ərənləri”

Sözügedən kitab

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında müəllifi türkoloq, Prof. Əbülfəz Rəcəbli olan “Qədim türk ərənləri” kitabı da var.

Kitabda yer alan, müəllifin uzunmüddətli təqdiqatlarının nəticəsi kimi ərsəyə gəlmiş məqalələrdə qədim türk dünyasının şərəfli tarixini igidliyi və müdrikliyi ilə yazmış ərənlərdən danışılır. Müəllif qədim türk aləminin mənəvi zənginliyini tutarlı faktlar əsasında aşkarlayır.

Nəşrdə Alp Ər Tunqa, Oğuz Xaqan, Atilla, İl Xaqan, İstəmi Xaqan, Muğan Xaqan, Kat İl Xaqan Tuğbır, İltəriş Xaqan, Kapağan Xaqan, Bilgə Xaqan, Müdrik Tonyukuk, Kül Tigindən danışılır.

Bundan əlavə kitabda “Dövlətçilik tarixi – ilk türk dövləti”, “Qədim türk poeziyası”, “Ən qədim türk yazısı abidələri”, “Tariximizin daş salnamələri” və s. başlıqlardakı yazılar “Tarixdən səhifələr” adı ilə təqdim olunur.

Qeyd edək ki, kitabın redaktoru şair-publisist Əli Rza Xələfli, rəyçi isə Prof. Qəzənfər Kazımovdur.

Mission News Theme by Compete Themes.