BAYRAQDAR MEDİA – Ukrayna Hərbi Hava Qüvvələri aprelin 3-dən 4-nə keçən gecə Rusiyanın İran istehsalı olan “Şəhid-136” və “Şəhid-131” kamikadze İHA-larından 14-ünü məhv edib. Bu İHA-lar Ukrayana qarşı hava hücumunda istifadə edilirmiş.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Qeyd edilib ki, Ukrayna 2022-ci il fevralın 24-dən bəri Rusiyanın işğalçı hücumlarına qarşı şiddətlə mübarizə aparır: “Sovet dövründən qalma texnikadan istifadə edən Rusiya müharibə strategiyalarını yeniləyir, eyni zamanda İran istehsalı kamikadze İHA (İHA) və SİHA (Silahlı Pilotsuz Uçuş Aparatı) ilə mülki insanları hədəf alır.
Ukrayna Hərbi Hava Qüvvələrindən verilən açıqlamaya görə, işğalçı Rusiya ordusu İran istehsalı olan “Şəhid-136” və “Şəhid-131” kamikadze İHA-ları ilə yaşayış məntəqələrinə hücum edib”.
Ukrayna əsgərləri mülki şəxsləri hədəf alan 17 İHA-ya qarşı müdafiə hücumları həyata keçirib. Açıqlamada sözügedən İHA-lardan 14-nün Ukrayna ordusu tərəfindən vurulduğu bildirilib.