Press "Enter" to skip to content

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi

BAYRAQDAR MEDİADövlət İmtahan Mərkəzi (DİM) aprelin 30-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələrə) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək. İmtahana qeydiyyat aprelin 20-si saat 10:00-dək davam edəcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahan vermək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır: “Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və ödəniş üsulları DİM-in portalında yerləşdirilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır”.

Qeyd edilib ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək: “Sertifikat 5 il qüvvədə olur. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs orada nəzərdə tutulan vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Müvafiq tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz”.

Mission News Theme by Compete Themes.