Press "Enter" to skip to content

Bu, tərəflərin öz əlindədir

Rumen Radev

Son yeniləmə: 5 Aprel 2023 10:57

Rumen Radev: Ümid edirəm ki, davamlı və fəaliyyət göstərən normal hökumət qurulacaq

BAYRAQDAR MEDİA – “Ümid edirəm ki, davamlı və fəaliyyət göstərən normal hökumət qurulacaq. Bu, tərəflərin öz əlindədir”.

Radio Bolqarıstan xəbər verir ki, bunu Plovdivdə jurnalistlərə açıqlama verən Bolqarıstan Prezidenti Rumen Radev bildirib.

Yeni parlamentdə 6 partiya təmsil olunacaq

Aprelin 2-də keçirilən seçkilərin nəticəsini dəyərləndirən dövlət başçısı “Ümid edirəm ki, bu parlament tezliklə işləyəcək, qanunvericilik fəaliyyətini bərpa edəcək və aydın siyasətlər, məqsədlər və prioritetlər ətrafında konsensus çoxluğu yaratmaqla siyasi böhranın davamlı həllini təmin edəcək” deyib.

R.Radev qeyd edib ki, Prezident Aparatı Mərkəzi Seçki Komissiyası ilə daimi əlaqə saxlayır: “Qanunla müəyyən edilmiş prosedur başa çatdıqdan və parlamentdə təmsil olunmaq hüququ əldə etmiş şəxslərin adları açıqlanandan sonra mən tezliklə Xalq Məclisinin çağırılması haqqında fərman verəcəyəm”.

Mission News Theme by Compete Themes.