BAYRAQDAR MEDİA – 2023-cü ilin mart ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 42 fazi artıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 5-də Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, beləliklə, 2022-ci ilin müvafiq dövründə orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 298,8 manat idisə, 2023-cü ilin mart ayında bu məbləğ artaraq 424,3 manat təşkil edib.