Press "Enter" to skip to content

Yeni parlamentdə 6 partiya təmsil olunacaq

Son yeniləmə: 13 Aprel 2023 09:25

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, aprelin 2-də Bolqarıstanda daha bir növbədənkənar parlament seçkiləri keçirilib. Seçki məntəqlərinə gedən bolqarlar 49-cu Xalq Məclisinin deputatlarını seçiblər.

Seçkilər başa çatdı, nəticələr isə…

Artıq ölkə daxilində və xaricində olan bütün seçki qutuları açlıb, bütün səslər hesablanıb.

Radio Bolqarıstanın xəbərinə görə, MSK-nın açıqladığı yekun nəticəyə əsasən, 240 yerlik yeni parlamentdə 6 partiya və kolasiya təmsil olunacaq.

Beləliklə, son nəticələr belədir: Vətəndaşlar Bolqarıstanın Avropa Gələcəyi Uğrunda (GERB) – Birləşmiş Demokratik Qüvvələr (SDS) Alyansı 26,51, yeni yaradılmış sağ təmayüllü Dəyişikliyə Davam Et (PP) -Demokratik Bolqarıstan Alyansı 24,54, Rusiya yönümlü Vazrajdane Partiyası 14,15, türk və müsəlmanlardan ibarət Haqq və Azadlıqlar Hərəkatı (HÖH) Partiyası 13,72, keçmiş Kommunist Partiyasının varisi olan Bolqarıstan Sosialist Partiyası (BSP) Bolqarıstan üçün Alyansı 8,94, Belə Bir Xalq Var Partiyası 4,11.

Parlamentdə təmsil olunmaq üçün tələb olunan 4 faizlik barajı keçə bilməyən “Balgarski Vazhod” 3,08 və “Levitsata” isə 2,24 faiz səs alıb.

Bolqarıstandan xaricdəki səsvermənin lideri isə HÖH olub. Bu partiya xaricdə səs verənlərin 36,86 faiz səsinin qazanıb.

Mission News Theme by Compete Themes.