Press "Enter" to skip to content

Selçuk Bayraktar müdafiə nazirinin qəbulunda

Qəbuldan görüntü

BAYRAQDAR MEDİA – Aprelin 3-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan qardaş Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya aprelin 3-də Müdafiə Nazirliyindən daxil olub.

Xəbərdə deyilir ki, “müdafiə naziri qonağı salamlayaraq onu Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən nazir bu əlaqələrin zaman keçdikcə daha da inkişaf etdiyini və gücləndiyini bildirib. Ölkə rəhbərlərinin dostluq münasibətlərinin hər iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynadığı xüsusi vurğulanıb”.

Daha sonra xəbərdə, “səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən S.Bayraktar Azərbaycana səfərindən məmnun olduğunu və bu cür görüşlərin qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib”.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Sonda müdafiə naziri S.Bayraktarı “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edib.

Mission News Theme by Compete Themes.