Son yeniləmə: 13 Aprel 2023 09:26
BAYRAQDAR MEDİA – Aprelin 2-də Bolqarıstanda daha bir növbədənkənar parlament seçkiləri keçirilib. Seçki məntəqlərinə gedən bolqarlar 49-cu Xalq Məclisinin deputatlarını seçiblər.
Seçkilərin yekun nəticələrinin elan edilməsi üçün son tarix 6 aprel cümə axşamıdır. Parlamentdə yer alacaq şəxslərin adları 9 aprel bazar gününə qədər açıqlanmalıdır.
Radio Bolqarıstan xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Kameliya Neykova seçki gününün sakit keçdiyini açıqlayıb.
Artıq səslərin hesablanamsına başlanıb. Məlumata əsasən, 38,9 faiz secici səsvermədə iştirak edib. Səsvermənin səslərin 71 faizdən çoxunun hesablanmasından sonra nəticələr belədir: Vətəndaşlar Bolqarıstanın Avropa Gələcəyi Uğrunda (GERB) – Birləşmiş Demokratik Qüvvələr (SDS) Alyansı 26,33, yeni yaradılmış Dəyişikliyə Davam Et (PP) – Demokratik Bolqarıstan Alyansı 24,89, Vazrajdane Partiyası 14,76, türk və müsəlmanlardan ibarət Haqq və Azadlıqlar Hərəkatı (HÖH) Partiyası 12,55, Bolqarıstan Sosialist Partiyası (BSP) Bolqarıstan üçün Alyansı 8,99, Belə Bir Xalq Var Partiyası 4,32, “Balgarski Vazhod” 3,09 ve “Levitsata” 2,3 faiz səs alıb.
Bəzi ehtimallara görə,bu nəticələr də ölkədə 2021-ci ildən davam edən siyasi böhranı aradan qaldıra bilməyəcək. Xatırladaq ki, bu, Bolqarıstanda 2021-ci ildən sonra keçirilən sayca 6-cə parlament seçkiləridir.