Son yeniləmə: 3 Aprel 2023 11:12
Aygün Əliyeva Qazaxıstanın vətəndaş cəmiyyəti sahəsinə məsul dövlət rəsmiləri ilə görüşüb
BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Qazaxıstana səfər çərçivəsində Qazaxıstan Respublikası İnformasiya və Sosial İnkişaf Nazirliyinin Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədri Kojaxmet Madiyar və Vətəndaş Təşəbbüslərinə Dəstək Mərkəzinin rəhbərliyi ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 3-də Agentlikdən məlumat verilib.
Bildirilib ki, görüşdə iki ölkənin vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın qurulması, birgə mübadilə proqramlarının həyata keçirilməsi, Qazaxıstan və Azərbaycan QHT-lərinin eləcə də, Türk Dövlətləri nəzdində əməkdaşlıq platformalarının qurulması müzakirə olunub: “Eyni zamanda Agentliyin icraçı direktoru görüş zamanı Vətəndaş Təşəbbüslərinə Dəstək Mərkəzinin, Qazaxıstan könüllülərinin və vətəndaş alyansının gördüyü işlərlə tanış olub”.