BAYRAQDAR MEDİA – YARAT-ın XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “METAKOD” qrup sərgisi təqdim edilir.
Bu haqda YARAT-ın yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “çərşənbə axşamından bazar gününə qədər, saat 12:00-20:00 arasında nümayiş olunan ekspozisiyaya yeni əsrin rəssamları ilə birgə dialoqda, yenidənqurma dövrünün rəssamlarının əsərləri daxildir”.
“METAKOD” sərgisi öz əsərlərində millətin mədəni kodlarını üzə çıxaran, müxtəlif dövrlərə aid 20 Azərbaycan rəssamının əsərlərini birləşdirir. Bu layihə-tədqiqatın kurator konsepsiyasının əsasında, müxtəlif incəsənət sahələrində bu günə qədər gəlib çatan xətlər və simvolların “gizli dili” qismində mədəni kodun transformasiyası haqqında nəzəriyyə dayanır.
Qeyd edək ki, dekabrın 7-də açılışı olmuş sərginin son günü aprelin 9-dur.