BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında yer alan müxtəlif mövzulu kitablar sırasında Hüseyn Cavidin fəlsəfi dünyagörüşünə həsr olunmuş, müəllifi Prof. Səlahəddin Xəlilov olan “Cavid fəlsəfəsi: “İblis”dən “Peyğəmbər”ə” kitabı da var.
Kitabın girişində H.Cavidin,
“Ah, əvət, həp dəyişdi ruhi-bəşər,
Hökm edər indi başqa fəlsəfələr” misraları verilib.
Kitabda H.Cavidin əsas fikirləri fəlsəfi fikir tarixi kontekstində yenidən nəzərdən keçirilir və şairin özünəməxsus fəlsəfi təlimi olduğu aşkarlanır. Xeyir və şərin, nur və atəşin, həqiqət və gücün ziddiyyət və mübarizəsini əks etdirən Cavid təlimi Şərq və Qərbin klassik fəlsəfi təlimləri ilə müqayisəli şəkildə şərh olunur.
Nəşrdə həmçinin “Cavid və Nitsşe”, “Cavid və Əttar”, “Cavid və İbn Ərəbi”, “Cavid və Cabbarlı”, “Cavid və inqilabi demokratik fikir”, “Cavid özü və cavidşünaslıq” və s. başlıqlarla H.Cavid fəlsəfəsi daha dərindən müqayisəli şəkildə araşdırılır.
Qeyd edək ki, kitab H.Cavidin 140 illiyinə həsr olunub.