Press "Enter" to skip to content

Fars-molla rejiminin hicab həyəcanı

İranda son illər hicab taxmayan qadınların sayı sürətlə artıb

Son yeniləmə: 3 Aprel 2023 14:29

BAYRAQDAR MEDİA – Iranda 2022-ci il sentyabrın 14-də geyim qaydalarına əməl etmədiyi səbəbilə əxlaq polisi tərəfindən həbs edilən Mehsa Əmininin döyülərək öldürülməsindən sonra ölkə daxilində etirazlar davam edir. Bu arada isə bəlli olub ki, İranda bir müddət öncə hicabla bağlı sərbəstlik veriləcəyi bildirilsə də, fars-molla rejimi bu sözündən dönüb.

Milliyet xəbər verir ki, İran ədliyyəsinin rəhbəri Qulam Hüseyn Muhsini Ejei məcburi hicab qaydasını pozanların dözümsüz şəkildə cəzalandırılacağını bildirib.

Bəzi millət vəkilləri də məsələ ilə bağlı boşluğu doldurmaq üçün məhkəməyə 48 saat vaxt verən ultimatum veriblər.

Ölkədə icbari hicab qaydasına baxmayaraq, son illər hicab taxmayan qadınların sayı sürətlə artıb.

Bu həftə gənc qadına və onun anasına hicab taxmadığı üçün hücum edən kişinin görüntüləri ölkədə səs-küy yaradıb.

Mission News Theme by Compete Themes.