Press "Enter" to skip to content

Ermənistanın törətdiyi mina terroru

Azər Allahverənov tədbirdə çıxış edərkən

Son yeniləmə: 3 Aprel 2023 17:52

BAYRAQDAR MEDİA – Aprelin 3-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilə bağlı “Ermənistanın törətdiyi mina terroru” adlı tədbir keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.

Tədbir zamanı
Tədbir zamanı

Bildirilib ki, tədbir Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov tərəfindən açıq elan edilib: “A.Allahverənov bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqları işğaldan azad olunmuşdur. Müəyyən edilmişdir ki, 30 il işğal dövründə Ermənistan işğal altında saxladığı ərazilərdə 1 milyondan çox mina basdırmışdır. Bu gün Azərbaycan işğaldan azad etdiyi ərazilərdə geniş quruculuq işlərini həyata keçirir. Lakin bu işlərin tam şəkildə həyata keçirmək üçün ən böyük maneə bu ərazilərin erməni hərbi birləşmələri tərəfindən mina və partlamamış hərbi sursatlarla çirklədilməsidir. Əsasən Ermənistan və başqa ölkələrin istehsalı olan bu minaların partlaması nəticəsində təkcə Vətən müharibəsindən sonra keçən iki il ərzində 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həyatını itirib”.

A.Allahverənov deyib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi və əsasən dinc sakinləri hədəfə alan mina terroru bütövlükdə bəşəriyyət əleyhinə yönəlmiş hərbi cinayət, sülhə və sabitliyə ciddi təhlükədir: “Biz, qeyri-hökumət təşkilatları nümayəndələri olaraq Ermənistanın mina terrorunu pisləyir, beynəlxalq təşkilatların bu məsələyə adekvat münasibət bildirməyini tələb edirik”.

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri Umud Mirzəyev, Hafiz Səfixanov, Telman Məmmədov, Qəmzə Yusubova, Ramil İsgəndərli, Nadir Cəfərov, İlqar Hüseynli, Cəsarət Hüseynzadə, Rey Kərimoğlu, Zülfiyyə Mustafayeva, mina terroru nəticəsində xəsarət almış vətəndaş Tamam Cəfərova və digərləri ermənilərin mina terroru barədə məlumat veriblər. QHT nümayəndələri tədbirin nəticəsi kimi Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları adından mina terroru ilə bağlı bəyanatın ünvanlanmasının əhəmiyyətini qeyd ediblər.

Tədbirin sonunda bəyanat səsləndirilib.

Mission News Theme by Compete Themes.