Press "Enter" to skip to content

Dünya Sağlamlıq Turizmi Şurasına KKTC rəhbərlik edəcək

Baş Assambleya iştirakçıları

Son yeniləmə: 3 Aprel 2023 15:36

BAYRAQDAR MEDİA – Xorvatiyanın sədrliyi ilə Dünya Sağlıq Turizmi Şurasının (GHTC) Baş Assambleyası keçirilib.

Bu barədə Kibris Postası məlumat yayıb.

Bildirilib ki, Şura (GHTC) Türkiyənin təsisçi sədrliyi ilə Monakoda Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri Dubay, Böyük Britaniya, Estoniya, Xorvatiya, Hindistan, Nigeriya, Panama, Polşa, Seneqal, Ukrayna, Yunanıstan və İordaniyanın iştirakı ilə yaradılıbr. Bu gün 56 ölkənin daxil olduğu Dünya Sağlamlıq Turizmi Şurasının sədrliyi Kuzey Kıbrıs Türk Cümhuriyyıtinə keçib.

2023-24-cü illər üçün Yüksək Məşvərət Şurasının sədrliyini KKTC baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu etdiyi Şuranın sədri KKTC Sağlamlıq Turizmi Şurasının sədr müavini, millət vəkili Dr. Ahmet Savaşan seçilib.

Xorvatiyada sağlamlıq turizminin inkişafına cavabdeh olan səhiyyə nazirinin müavini vəzifəsini də icra edən şuranın 6-cı dövr sədri Dr. Miljenko Buranın açılış nitqi ilə çıxış etdiyi ümumi yığıncağa GHTC-nin qurucu prezidenti Emin Çakmak moderatorluq edib.

E.Çakmak Baş Assambleyadakı çıxışında Dünya Sağlamlıq Turizmi Şurasında heç bir mövzuda siyasi qiymətləndirmə və ayrı-seçkiliyin olmadığını vurğulayıb.

Mission News Theme by Compete Themes.