Son yeniləmə: 3 Aprel 2023 13:44
Emin Həsənli: Aprel döyüşləri 2020-ci il zəfərinə gedən yolun əsasını qoydu
BAYRAQDAR MEDİA – “2016-cı ilin Aprel döyüşlərinin çox böyük əhəmiyyəti var idi. Bu döyüşlərin bir neçə cəhətdən əhəmiyyəti həddindən artıq böyük idi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
Onun sözlərinə görə, birinci əhəmiyyəti ondan ibarət idi ki, atəşkəs rejimindən, uzun sürən fasildən sonra Azərbaycan Ordusu əks-hücuma keçərək düşmənə ağır zərbə vurdu: “Bununla da Azərbaycan Ordusunun döyüş hazırlığını, mənəvi-psixoloji hazırlığını bütün dünya gördü. Həmçinin, Azərbaycan xalqında əminlik daha da artdı. Ermənistan və bu işğlaçı ölkənin havadarlaır ölkəmizin, orduzun gücünü gördü”.
E.Həsənli deyib ki, həmn vaxt Azərbaycan Ordusu həm Fizuli-Xocavənd, həm də Tərtər-Ağdərə istiqamətində çox mühüm əməliyyat həyata keçirdi: “Bu, ruhumuzun qələbəsi idi. Aprel döyüşləri zəfər müjdəsi idi və Azərbaycan xalqında çox böyük əhval-ruhiyyə yaratdı. Bu, gənclərdə vətənpərvərlik ruhunun daha da yüksəlməsinə təsir etdi. Aprel döyüşləri 2020-ci il zəfərinə gedən yolun əsasını qoydu. Bu, başda cənab Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqının və dövlətinin böyük uğurudur. Hərb tarixində öz yeri vardır. Bu döyüşlər zamanı keçilməz Ohanyan xətti, “Ohanyan mifi” və ermənilərin “qəhrəmanlıq mifi” alt-üst oldu. Azərbaycan Ordusu 40 dəqiqəyə həmin sədləri keçərək düşmənə çox ağır zərbələr vurdu”.
Müsahibimiz həmçinin, “biz Aprel döyüşləri şəhidlərinin xatirəsini ehtiramla yad edirik. O şəhidlər, ümumiyyətlə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlər, bu yolda rəşadət göstərən bütün qazilər bizim üçün əzizdir. Ona görə də biz onların qəhrmanlıq yolunu daim davam etdirəcəyik. Hesab edirəm ki, bu şanlı tariximizin gələcək nəsillərə çatdırılması üçün də hərə öz üzərinə düşən işim öhdəsindən layiqincə gəlməlidir”.