Son yeniləmə: 3 Aprel 2023 12:22
BAYRAQDAR MEDİA – Aprelin 8-də Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Cakomo Puççininin iki pərdəli “Bohema” (La Boheme) operası nümayiş olunacaq.
Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “tamaşada əsas rolları Odessa Milli Akademik Opera və Balet Teatrının solisti Eduard Martınyuk, Xalq artisti Əkrəm Poladov, Əməkdar artistlər Afaq Abbasova, İnarə Babayeva, Tural Ağasıyev, teatrın solistləri Mahir Tağızadə və Fəhmin Əhmədli çıxış edəcək”.
Tamaşanın dirijoru Belarus Xalq artisti, OMAOBT-nın baş dirijoru Vyaçeslav Voliç, xormeysteri isə Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Qeyd edək ki, tamaşasa saat 19:00-da başlayacaq.