Son yeniləmə: 31 Mart 2023 11:33
BAYRAQDAR MEDİA – “Yaşıl şəhər” layihəsi üzrə Gəncədə görüləcək işlər müzakirə edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya martın 31-də İqtisadiyyat Nazirliyindın mılumat verilib.
Bildirilib ki, İqtisadiyyat Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Gəncə şəhəri üzrə “Yaşıl şəhər” Tədbirlər Planının hazırlanması ilə bağlı yaradılmış İdarəedici qrupun növbəti iclası keçirilib.
Məlumata əsasən, iclasda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə həyata keçirilən layihələrin ölkəmizin “yaşıl” inkişaf hədəflərinə çatmasına töhfə verdiyini qeyd edib: “Tədbirdə“Yaşıl şəhər” Tədbirlər Planı üzrə görülmüş işlər, əldə olunmuş nəticələr, təklif olunan strateji yanaşmalar barədə müzakirələr aparılıb”.