Son yeniləmə: 31 Mart 2023 16:12
“Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu” keçiriləcək
BAYRAQDAR MEDİA – Aprelin 3-də 3 aprel 2023-cü il tarixində Bakı Biznes Mərkəzində Energetika Nazirliyi və AZPROMO-nun təşkilatçılığı ilə “Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu” keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya martın 31-də Enegetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Forumda iki ölkə arasında bərpa olunan enerji üzrə əməkdaşlıq imkanları nəzərdən keçiriləcək. Həmçinin, yaşıl enerji layihələrinə dair uzunmüddətli planlar, “yaşıl hidrogen” layihələri, elektrik enerjisi istehsalındakı mövcud vəziyyət və “təmiz enerji” texnologiyalarının tətbiqinə dair müzakirələr aparılacaq.
Tədbir çərçivəsində, həmçinin Azərbaycan və ABŞ şirkətlərinin iştirakı ilə biznes görüşlərin keçirilməsi nəzərdə tutulur.