Son yeniləmə: 31 Mart 2023 09:40
BAYRAQDAR MEDİA – Qazaxıstan və Özbəkistan arasında sərhədlərin dəqiqləşdirilməsi haqqında sənəd hər iki ölkə tərəfindən imzalanıb.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumatda deyilir ki, Qazaxıstan Prezidentinin Mətbuat idarəsi martın 29-da həmi sənədlə bağlı açıqlama verib.
Açıqlamada Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin iki ölkə arasında sərhədləri müəyyən edəcək “Qazaxıstan-Özbəkistan dövlət sərhədinin çəkilməsinə dair müqavilənin təsdiq edilməsi haqqında” qanunu imzaladığı bildirilib.
Qazaxıstan parlamenti demarkasiya işlərinin bir hissəsi olaraq Qazaxıstan-Özbəkistan sərhədinin 2,356,000 km (1,450 mil) uzunluğunda olacağını elan etmişdi.
Məlumatda o da bildirlir ki, Özbəkistanla Qırğızıstan arasında da ötən il analoji proses baş verib və bir ildən artıqdır davam edən danışıqlar yekunlaşıb. İki ölkə arasında 2022-ci ilin noyabrında imzalanmış müqaviləyə əsasən, sərhədlər yenidən müəyyən edilib.