Son yeniləmə: 31 Mart 2023 09:59
BAYRAQDAR MEDİA – Türkiyənin vitse-prezidenti Fuat Oktay rəsmi təmaslar üçün sabah Kuzey Kıbrıs Türk Cümhuriyyətinə gəlir.
Bu barədə Kibris Postası məlumat yayıb.
Məlumatda deyilir ki, səfər martın 31-də reallaşacaq.
Səfər zamanı F.Oktay KKTC Baş naziri Ünal Üstellə görüşəcək və heyətlərarası görüşlərdə iştirak edəcək.
Səfər zamanı iki ölkə arasında maliyyə əməkdaşlıq protokolunun yenilənəcəyini bildirib.