Son yeniləmə: 30 Mart 2023 14:43
BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə insanlar martın sonlarında insanlar təbətin daha bir süprizi ilə qarşılaşıblar. Yaz ayı olmasına baxmayaraq bir sıra şəhərlərə qar yağıb və şaxtalı hava höm sürür.
Yazda qış havası ilə üzləşən şəhərlər arasında Denizli və Eskişehir də var.
Denizlidəki Pamukkale Universitetində təhsil alan Şəmsiyə İsmayıllının BAYARQDAR MEDİA-ya verdiyi məlumat görə, martın 28-də gecədən yağan sulu qar martın 29-da səhərin ilk saatlarında qarla əvəzlənib. Qış aylarında olduğuğu kimi, bir anlıq hər tərəf ağ yorğana bürünüb.
Denizlidə bəzi yerlərdə qarın hündürlüyü 15 santimetrə çatıb.
Eyni hava Eskişehirdə də hökm sürür. Bu şəhərdə ali təhsil alan Nihat İsmayıllı deyib ki, martən 29-dan 30-na keçən gecə yağan qarla yanaşı, şəhərdə şaxtalı hava da hökm sürür.