Press "Enter" to skip to content

Talış kənd sakinləri üçün imkanlar

Son yeniləmə: 30 Mart 2023 15:32

BAYRAQDAR MEDİA – İşğaldan azad olunmuş yurd yerlərin Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində Tərtər rayonunun Talış kəndində də sakinlər aktiv məşğulluq tədbirləri ilə əhatə olunurlar.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ilkin mərhələdə kəndə köçürülən 20 ailənin hər biri ilə görüşlər keçirilərək, təhlillər aparılmaqla onlardan 20-dək şəxsin müxtəlif iş yerlərindəki vakansiyalar üzrə məşğulluğu təmin edilib: “Həmçinin Talış kənd sakinlərinin özünüməşğulluq proqramına da cəlb edilməsi istiqamətində hazırlıq işləri aparılır. Eləcə də kənd sakinlərindən bir qisminin yeni peşələrə yiyələnmələri məqsədilə onlar üçün peşə hazırlığı kurslarının təşkili nəzərdə tutulub”.

Qeyd edilib ki, həmin ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə birgə “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramının icrası, bu proqram çərçivəsində də bir qrup kənd sakinin işlə təminatı həyata keçiriləcək.

Mission News Theme by Compete Themes.