Press "Enter" to skip to content

Sertifikatlaşdırma sahəsində nəzarət tədbirləri davam etdirilir

Son yeniləmə: 30 Mart 2023 12:46

BAYRAQDAR MEDİAAntiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olan akkreditasiya edilmiş qurumların fəaliyyətinə nəzarəti davam etdirir.

Bu barədə BAYRAQDAR MEDİA-ya martın 30-da qurumdan məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalar nəticəsində sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olan bir sıra qurumlar tərəfindən uyğunluq sertifikatlarının qanunsuz verilməsi halları aşkar olunub: “Belə ki, malın (xidmətin, işin) sertifikatlaşdırılması fəaliyyətini həyata keçirən “Azunisert” MMC tərəfindən müxtəlif təsərrüfat subyektlərinə verilən26 sayda, “Aqrosert” MMC tərəfindən 4 sayda, “Az-QualityCert” MMC tərəfindən 10 sayda və “Certus” MMC tərəfindən 11 sayda uyğunluq sertifikatında akkreditasiya sahəsindən kənaraçıxma halları, yəni akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilmədiyi müəyyən edilib”.

Vurğulanıb ki, həmin sertifikatların ləğvi ilə bağlı şirkətlərə yazılı göstərişlər verilsə də, Dövlət Xidmətinin göstərişləriyerinə yetirilməyib: “Müvafiq sahədə qanunvericiliyin tələblərinə əməl etməyənşirkətlər barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun protokollar tərtib edilib və baxılması üçün məhkəmə orqanlarına göndərilib”.

Mission News Theme by Compete Themes.