Press "Enter" to skip to content

MEK-də Elmi-Metodiki Şura yaradılıb

Şuranın ilk toplantısından

BAYRAQDAR MEDİA – Martın 29-da AMEA Mərkəzi Elmi Kitabxanasında baş direktor, Prof. Məmməd Əliyevin sədrliyi, Şura üzvlərinin iştirakı ilə illər sonra yaradılan Elmi-Metodiki Şuranın ilk iclası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya martın 30-da MEK-dən daxil olub.

Xəbərdə bildirilir ki, “M.Əliyev öncə Kitabxanada Elmi-Metodiki Şuranın yaradılması haqqında AMEA Rəyasət Heyətinin Qərarını səsləndirib. Baş direktor qeyd edib ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə məktubla müraciət edərək kitabxananın istiqamətləndirilməsi, burada nəşrə hazırlanan kitabların müzakirəsinin keçirilməsi, kitabxana işində yeniliklərin tətbiqinin təhlilinin aparılması və əməli işə tətbiqinə nəzarətin həyata keçirilməsi məqsədilə AMEA Mərkəzi Elmi Kitabxanasında Elmi-Metodiki şuranın yaradılması haqqında vəsatət qaldırıb”.

“Bu vəsatət nəzərə alınaraq, AMEA Rəyasət Heyəti tərəfindən MEK-də Elmi-Metodiki Şuranın yaradılması qərara alınıb. Bunun üçün akademik İsa Həbibbəyliyə xüsusi minnətdarlığımızı bildiririk”, – deyə Prof. Məmməd Əliyev vurğulayıb.

Baş direktor, həmçinin, uzun illərdən sonra kitabxanada yenidən yaradılan Elmi-Metodiki Şuranın işində uğurlar arzulayıb.

Şuranın ilk toplantısından
Şuranın ilk toplantısından

Qeyd edək ki, Elmi-Metodiki Şuranın sədri MEK-in baş direktoru, f.e.d., Prof. Məmməd Əliyev, sədr müavini icraçı direktor, f.ü.f.d., Dos. Şəhla Quliyeva, elmi katib kitabxananın Kataloqlaşdırma şöbəsinin əməkdaşı Şəbnəm Rüstəmova, üzvləri BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin əməkdaşı, Prof. Xəlil İsmayılov, fakültənin dekanı, Dos. Ələmdar Bayramov, ADA Universiteti Kitabxanasının direktoru, t.ü.f.d. Elçin Məmmədov, BDU Kitabxanasının direktoru, Dos. Nigar İsmayılova, AMEA “Elm” Nəşriyyatının baş direktoru, f.ü.f.d. Səbuhi Qəhrəmanov, MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin əməkdaşı, f.ü.f.d. Şəfəq Əliyeva, Biblioqrafiya şöbəsinin müdiri Xuraman İsmayılova, Qarabağ müharibəsi qəhrəmanları fondunun müdiri Röksanə Səfərzadə, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova və Azərbaycanşünaslıq və MRY şöbəsinin müdiri Aygün Səfərova seçilib.

İclas gündəlikdə olan məsələlərlə işini davam etdirib, Elmi-Metodiki Şurasının üzvləri öz növbəsində gələcək fəaliyyətə dair fikirlərini bildirib və təkliflərlə çıxış ediblər.

Mission News Theme by Compete Themes.